Neft daha da ucuzlaşdı
Xeberler 666

Neft daha da ucuzlaşdı

Neft daha da ucuzlaşdı


Neft qiymətləri düşməkdə davam edir.

MAY.AZ "Marja"-ya istinadən xəbər verir ki, Brent markalı neft 2,2% də ucuzlaşaraq 70,52 dolları, ABŞ xam neftinin qiyməti isə 2,1% düşərək 60,40 dolları olub.

Ötən ayın əvvəlindən bəri Brent nefti təxminən 19 faiz ucuzlaşıb. Brent neftinin qiyməti Oktyabrın 3-də 86 dolları keçmişdi.

İranın neft ixracına daha sərt sanksiyanın tətbiq edilməməsi (8 ölkəyə İrandan neft almağa möhlət verilib), ABŞ-da neft hasilatının və ehtiyyatlarının artması, ABŞ və Çİn arasında ticarət münaqişəsinin qlobal iqtisadi artımı ləngidəcəyi və bunun nəticəsində neftə təlabatın azalacağının gözlənilməsi qiymətlərin aşağı düşməsilə nəticələnir.

Son xəbərlər