Soyuq havada viruslardan necə qorunmalı?
Sağlam ol 616

Soyuq havada viruslardan necə qorunmalı?

Soyuq havada viruslardan necə qorunmalı?


Havaların soyuması virus infeksiyalarının geniş yayılmasına şərait yaradır. Çox zaman bunun qarşısını almaq mümkün olmur. Elə ona görə də virus infeksiyaları kütləvi şəkildə yayılır.

MAY.AZ e-tibb.az-a istinadən bildirir ki, mütəxəssislər virus infeksiyalarına yoluxmamaq üçün xəstələnmədən öncə bir sıra tədbirlər görməyi, daha doğrusu həyat tərzini buna uyğunlaşdırmağı tövsiyə edirlər.

Hesab olunur ki, düzgün qidalanma metabolizmi gücləndirir və xəstəliklərə qarşı qalxan rolunu oynayır. Bu sırada ilk növbədə C vitamini ilə zəngin qidalar qəbul etmək, günə yaşıl və sarı rəngli meyvələr, onların şirələri ilə başlamaq vurğulanır.

Xüsusilə boğaz nahiyəsində həssaslıq, qıcıqlanma varsa, bunları etmək daha faydalı sayılır.

Hesab olunur ki, viruslara qarşı ən təsirli vasitələrdən biri ekinezya bitkisi, ondan hazırlanan çaydır. Ekineziya və ya digər bitki çayları içməklə viruslara qarşı mübarizə aparmaq, immun sistemini gücləndirmək olur.

Metabolizmin daha sürətlə çalışması üçün gündə 2-3 litr su qəbul etmək vacibdir.

Bundan başqa, keyfiyyətli yuxu da immun sistemini gücləndirir. Gündə ən azı 7-8 saatlıq yuxu orqanizmin lazımi enerji toplamasına yardım edir. Havası dəyişdirilməmiş, nəm, soyuq, eləcə də çox isti ev şəraiti yuxunu pozur, immun sistemini zəiflədir. Ona gör də normal temperaturu olan otaqda yatmaq vacib amillərdən sayılır.

Keyfiyyətli yuxudan sonra qəbul olunan ilıq duş da orqanizmin gün ərzində daha gümrah olmasına imkan verir.

Hər gün piyada gəzmək immun sistemini gücləndirən amillərdən biridir. Həftədə 3-4 gün bunu təkrarlamaq, eləcə də idman etmək viruslara qarşı müqaviməti gücləndirir.

Son xəbərlər