08
ноября
2018
17:35
Azərbaycanlı ilə nikah üçün yalandan hamilə olduğunu dedi
Rusiyanın Novqorod vilayətinin sakini Lyudmila Fayzullayeva azərbaycanlı ilə nikaha görə hamilə olması ilə bağlı yalan danışıb.
MAY.AZ oxu.az-a istinadən xəbər verir ki, qanunsuz nikah qeydiyyatını tezləşdirmək üçün qadın hətta hamiləliklə bağlı yalançı sənəd də təqdim edib.
Vilayət prokurorluğundakı mənbənin verdiyi məlumata görə, qadın arayışı Moskvadakı tibb mərkəzlərindən birindən əldə edib.
Qeyd edilib ki, müttəhim günahını tam etiraf edib. Məhkəmənin qərarı ilə o, 7 min rubl (106 dollar - red.) cərimələnib.