DİQQƏT: Azərbaycanın bəzi yerlərinə qar yağacaq
Xeberler 848

DİQQƏT: Azərbaycanın bəzi yerlərinə qar yağacaq

DİQQƏT: Azərbaycanın bəzi yerlərinə qar yağacaq


Noyabrın 5-də respublika ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən MAY.AZ-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Mülayim cənub-qərb küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-11°, gündüz 17-20° isti, Bakıda gecə 9-11°, gündüz 17-19° isti təşkil edəcək.


Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Noyabrın 5-i günün ikinci yarısından 6-sı gündüzədək arabir güclənən şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5° aşağı enəcək.

Azərbaycanın şimal və qərb rayonlarında başlayaraq arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-11° isti, gündüz 13-19° isti, dağlarda gecə 2° şaxtadan 3° isti, gündüz 4-7° isti təşkil edəcək.

Noyabrın 5-i axşam şimal və qərb rayonlarından başlayaraq 7-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda, xüsusən də Lənkəran-Astara zonasının bəzi çaylarında sululuğun artacağı ehtimal olunur.

Son xəbərlər