31
октября
2018
20:18
"Bu damğanın altından necə çıxacam?" - Qadın alverinə görə həbs edilən Təranə göz yaşı tökdü - VİDEO
Xəbər verdiyimiz kimi, insan alverində təqsirləndirilən tanınmış prodüser Təranə Səmədova həbs edilib.
MAY.AZ xəbər verir ki, onun bu yaxınlarda qadın alveri ilə bağlı danışdığı müsahibə yayımlanıb. Mətbuatda həbsi ilə bağlı yayılan xəbərləri göz yaşları içərisində oxuyan Təranə o anları bu sözlərlə ifadə edib:
"Həmin vaxt çox pis oldum ki, mən bu damğanın altından necə çıxacağam? Anam əlini çiynimə qoyub dedi ki, sən nələrin öhdəsindən gəlmisən, bu nədir ki? Qoy sevinənlər sevinsin. Mənimlə bağlı bu xəbərə sevinənlər həmin bu işlə məşğul olanlardır".
Qeyd edək ki, hökmə əsasən, T. Səmədova 1 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Təranə Səmədovanın barəsində Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsində cinayət işi başlanıb.
O, iki qadını fahişəliyə cəlb etməkdə ittiham olunur.T. Səmədova artıq Bakı İstintaq Təcridxanasına köçürülüb.
Ruida M.