Bakıda dini sekta üzvü olan qadından tükürpədici əməl
Xeberler 1 116

Bakıda dini sekta üzvü olan qadından tükürpədici əməl

Bakıda dini sekta üzvü olan qadından tükürpədici əməl


Oktyabrın 11-i axşam Bakıda dini zəmində dəhşətli hadisə baş verib. Azərbaycan üçün yeni olan sektanın qadın üzvü, 5 yaşlı oğlunu boğub. Bu barədə Sputnik-ə Yasamal Rayon Prokurorluğundan məlumat veriblər.

Həmin axşam saat 20:21-də DİN-in 102 xidmətinə Dadaş Bünyadzadə 15 ünvanında yaşayan, 1974-cü il təvəllüdlü Rövşən Qulubəyovdan məlumat daxil olub. Həmin şəxs həyat yoldaşı, 1974-cü il təvəllüdlü Qulubəyova Nazilə Yusif qızı və 5 yaşlı oğlu Fəridin qapı arxasında qaldığını bildirib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları qapıdan içəri daxil olan zaman döşəmədə, üzərində zorakılıq əlamətləri olmayan oğlan meyiti aşkar ediblər. Ana isə evdə olmayıb. Tezliklə oğlanın boğularaq öldürüldüyü aşkarlanıb. İstintaq zamanı qətlin ana tərəfindən törədildiyi fərziyyəsi irəli sürülüb. Rayonun 29-cu polis bölməsinin əməkdaşları Nazilə Qulubəyovanı saxlayıblar.

Qadın oğlunu bədənindən "şər ruhu" qovmaq üçün əski ilə boğduğunu etiraf edib. Lakin, onun yalan dediyi məlum olub. Qulubəyova oğlunu evdən sərbəst çıxmasına mane olduğu üçün boğub. Qadının dini sekta üzvü olduğu üzə çıxıb. İstintaq orqanlarının əməkdaşları bu sekta barəsində ilk dəfə eşitdiklərini etiraf ediblər.

Qadın "Üzüm sahəsi və İsa peyğəmbər" sektasının üzvü olub. Bu sektanın üzvləri qırmızı rəngli meyvələrin şirəsini İsa peyğəmbərin qanı ilə assosiasiya edərək içirlər. Bu, Azərbaycanda yeni sektadır və "Yəhova şahidləri"nə aidiyyəti yoxdur. Sekta və onun rəhbəri üzvlərin pulu hesabına fəaliyyət göstərir.

Prokurorluqdan bildirilib ki, Azərbaycanda bu sekta qadağan olunmayıb. Səbəb isə onun haqqında ilk dəfə eşitmələridir. Hazırda iş üzrə materiallar xüsusi əhəmiyyət kəsb etdiyinə görə Bakı Şəhər Prokurorluğuna göndərilib.

Bəzi məlumatlara görə, sözügedən sekta dünyada ən təhlükəli totalitar dini cərəyanlardan biridir. RuLit.me saytının məlumatna görə, "Üzüm sahəsi" dini cərəyanı ötən əsrin 60-cı illərində ABŞ-da yaranıb. Dünyada təxminən 800 kilsəsi var. Hər bir kilsə muxtariyyətə malikdir və Assosiasiya çərçivəsində bərabərhüquqlu tərəfdaşdır. Kilsələr aktiv missionerlik fəaliyyəti ilə məşğul olaraq müxtəlif bölgələrin yerli şəraitinə uyğunlaşır.

Oxşar xəbərlər

Son xəbərlər