"Həbib dostumdur, Ermənistana hörməti var" - Erməni güləşçi
İdman 15 755

"Həbib dostumdur, Ermənistana hörməti var" - Erməni güləşçi

"Həbib dostumdur, Ermənistana hörməti var" - Erməni güləşçi


Həbib Nurməhəmmədov qarışıq döyüş növlərinin canlı əfsanəsi, məğlubiyyət bilməyən döyüşçüdür. O, mənim dostumdur. Onun Ermənistana da hörməti var.

Erməni güləşçi, sosial şəbəkələrdə "Maestro Miqran" kimi tranınan Miqran Edikoviç Harutyunyan İnstagram profilində belə yazıb.

Ermənistanın Eçmiədzin şəhərində doğulmuş 29 yaşlı Miqran Harutyunyan Rusiya vətəndaşlığını qəbul edib. O, ötən ilin avqustun 30-da abxaz müğənni Maktina Bebiya ilə evlənib.

Yunan-Roma güləşi ilə məşğul olmuş M.Harutyunyan 2015-ci ildə Bakıda keçirilmiş 1-ci Avropa Oyunlarında və 2016-cı ildə Rio-de-Janeyrodakı Olimpiya Oyunlarında 66 kq çəki dərəcəsində gümüş medallar qazanıb.

M.Harutyunyan hazırda qaydasız döyüşlə məşğul olur və UFC turnirlərində çıxış edir.

O, UFC çempionu Həbib Nurməhəmmədovla "çox əla münasibətlər"inin olduğunu deyir.

M.Miqranyan Dağlıq Qarabağdakı terrorçu rejimin fəal təbliğatçılarından biri kimi tanınır. O, sosial şəbəkələrdəki paylaşımlarında sürəkli olaraq Dağlıq Qarabağı "müstəqil dövlət" kimi qələmə verir.

mənbə: milli.az

"Həbib dostumdur, Ermənistana hörməti var" - Erməni güləşçi
"Həbib dostumdur, Ermənistana hörməti var" - Erməni güləşçi
"Həbib dostumdur, Ermənistana hörməti var" - Erməni güləşçi

Oxşar xəbərlər

Son xəbərlər

GeorgeTet
GeorgeTet 19 сентября 2024 15:46

milyon.az

0