24
февраля
2024
19:58
Saralmış telefon qabını necə təmizləmək olar? – Çox asan
Saralmış telefon qabını əvvəlki vəziyyətinə qaytarmaq o qədər də çətin deyil.
Lent.az bunun bir neçə sadə yollarını təqdim edir:
Alkoqol
96 faizlik spirti 1:1 nisbətində su ilə qarışdırın. Yaranan məhlul ilə bir pambığı isladaraq qabı silməyə çalışın.
Ammonyak və soda
Bir pasta hazırlamaq üçün soda, ammonyak və suyu qarışdırın. Sonra alınan qarışığı "kabro"ya çəkin, 20 dəqiqə gözləyin və sonra onu isti su ilə yuyun.
Diş pastası
Heç bir qatqısı olmayan adi ağ diş pastanızda sizə kömək edə bilər. Belə ki, onun üzərinə az miqdarda pasta çəkin və 15 dəqiqə gözləyin. Sonra isti su ilə yuyun.
Aston
Dırnaq lakını təmizləmək üçün istifadə olunan astonu pambığa çəkin, qabı silin və dərhal isti suya salın. Proseduru bir neçə dəfə təkrarlaya bilərsiniz.
Camaşır ağardıcısı
Ağardıcını 1:10 nisbətində su ilə qarışdırırıq. Nəticədə ortaya çıxan məhlulla pambığı nəmləndirib qabı silin. Sonda onu ilıq su ilə yaxalamaq olar.