17
декабря
2017
21:06
Siqaretin zərəri haqqında çəkilmiş VİDEO sizi bir daha düşünməyə məcbur edəcək!
Siqaretin tüstüsündə olan maddələrin heç birinin insan orqanizminə faydası yoxdur. Onun tərkibindəki nikotin, qatran, karbon-monoksid xərçəng yarada bilən maddələrdir. Bu maddələrin insan orqanizminə verdiyi zərərləri saymaqla bitmir.
Siqaretin insan orqanizminə verdiyi zərərləri əyani şəkildə göstərmək üçün daha bir sosial çarx hazırlanıb.
Bunun üçün təmiz bankaya çoxlu təmiz pambıq tamponlar atılıb. Bankadan açılan deşiyə siqaret qoyulub və yandırılıb. Bankanın altına isə şəffaf qurğu yerləşdirilib. Yüzlərlə siqaret yandırdıqdan sonra banka və qurğu açılaraq pambığın necə qaraldığı nümayiş etdirilib. Siqaretdən əvvəl ağ rəngdə olan pambıq siqaretdən sonra qaralıb. Odur ki, siqaret çəkməzdən əvvəl bu video haqqında düşünməyə dəyər.Daxil ol