"Bakmil"də məhdudiyyət müvəqqəti götürülür
Xeberler 788

"Bakmil"də məhdudiyyət müvəqqəti götürülür

"Bakmil"də məhdudiyyət müvəqqəti götürülür


Sabahdan “Bakmil” stansiyasında məhdudiyyət müvəqqəti götürülür.

“Bakı Metropoliteni” QSC-dən MAY.AZ-a bildirilib ki, təmir işləri ilə əlaqədar “Bakmil” stansiyasına giriş-çıxışa qoyulmuş məhdudiyyət (iş günləri ərzində saat 8:20-dən 17:00-a qədər) avqust ayının 31-dən müvəqqəti olaraq tətbiq edilməyəcək.

“Təmir işlərinin xarakteri nəzərə alınaraq yenidənqurma-bərpa işləri dayandırılmadan məhdudiyyətin müəyyən müddətə götürülməsi imkanı yaranıb. Sərnişinlərimizin maraq və təhlükəsizliyinin təmin edilməsinin mümkünlüyü nəzərə alınaraq stansiyanın fəaliyyəti adi qaydada təmin ediləcək”, – məlumatda bildirilib.

Yaxın günlər ərzində sərnişinlərimiz “Bakmil” stansiyasına və əksinə hərəkət edən qatarlardan, hərəkət qrafikinə uyğun olaraq, istifadə edə bilərlər.

Məhdudiyyət bərpa olunarkən əvvəlcədən ictimaiyyətə geniş məlumat veriləcək.

Son xəbərlər