12
января
2017
16:22
"Direktor seks videolarına baxmağı xoşlayırdı, dəfələrlə ərimdən xahiş edib ki, porno..." - Müəllimə
Şəmkir rayonunun Aşağı Seyfəli kənd məktəbində keçmiş laborantı Xatirə Əliyeva direktor Akif Namazovun iddialarına cavab verib.
May.Az xəbər verir ki, publika.az-a danışan X.Əliyevə bunları deyib: "Akif Namazovun (Sözügedən məktəbin direktoru - Red.) dediyi noutbukda onun məktəblə bağlı saxta sənədləri olub. Həmin noutbukda nə seks videoları olub, nə də sonradan ora yerləşdirilib. Onun dedikləri hamısı yalandır və onun bu fikirlərinə münasibət bildirmək belə istəmirəm. Akif Namazov təhsil şöbəsində düşmən olduğu Cəlal müəllimin işini gördüyümə görə mənə acıqlanıb. "Mənim onunla düşmən olduğumu bilə-bilə nə üçün onun tapşırdığı işi görürsən”, - deyərək noutbuku əlimdən aldı. İki ay olar ki, həmin noutbuka əlimi vurmuram. O, özü seks videolarına baxmağı xoşlayırdı, dəfələrlə yoldaşımdan da xahiş edib ki, belə videolar tapsın onünçün. Bu onların öz aralarındadır, istəməzdim ki, ağsaqqal adam haqqında belə fikirlər dilə gətirim.
Özü məndən tələb etdi ki, ərizə yazıb işdən çıxım. Mən də çıxmadığıma görə bu yollara əl atdı. Akif Namazov məktəbdə 7 kompüterin işlədiyini deyir. Hazırda məktəbdə 10 kompüter işləyir. Biz iki laborantıq, necə olur ki, kompüter çatmırsa, məhz məni işdən çıxarır? Məktəb haqqında çox şey bildiyimə görə məni məktəbdən uzaqlaşdırmaq üçün bu yola əl atıb. Mən Nizami (Məktəbin əvvəlki direktoru - red.) müəllimin vaxtında işə qəbul edilsəm də, 4 ildir Akif Namazovla işləyirəm. Artıq heç nə danışmaq istəmirəm. Bu məsələ ilə bağlı məhkəməyə müraciət edəcəm”.
Aşağı Seyfəli kəndinin bələdiyyə sədri Qalib Əhmədov Publika.az-a açıqlamasında bu məktəbdə illərdir qalmaqalın müşahidə edildiyini deyib: "Məktəbdə illərdir qalmaqal sakitləşmir. Məktəbin direktoru Akif Namazovdan əvvəl Nizami Rzayev idi. Nizami müəllimin 65 yaşı tamam olmağına bir ay qalmış, Akif Namazov onun işdən çıxarılması üçün ərizə yazdı.
Həmişə də deyirdi ki, "onun yerinə mən direktor olacam”. Akif Namazovu ona görə direktor qoydular ki, problemlər bir az sakitləşsin. İndi məktəbdə bir neçə qrup var, nə qədər direktor dəyişsə də, problem həllini tapmır. Hesab edirəm ki, problemin də kökü bu qruplar arasındakı qalmaqaldan yaranıb. Xatirə müəllimə çox tərbiyəli xanımdır. Akifin özünü də tanıyıram, onun da qadınla harasa getməsini, qadınla adının çıxmasını eşitməmişəm, görməmişəm”.