Saytların bloklanması ilə bağlı RƏSMİ AÇIQLAMA
Xeberler 862

Saytların bloklanması ilə bağlı RƏSMİ AÇIQLAMA

Saytların bloklanması ilə bağlı RƏSMİ AÇIQLAMA


Ölkə ərazisində girişi məhdudlaşdırılan "Xvideos", "Xnxx" kimi video-portallarla bağlı rəsmi açıqlama verilib.

Məsələ ilə bağlı oxu.az-ın sorğusuna cavab olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən bildirilib ki, Azərbaycanda pornoqrafiyaya, o cümlədən uşaq pornoqrafiyasına aid məlumatların yayılması, saytlarda yerləşdirilməsi qanunla qadağandır.

Qeyd olunur ki, yayılması qadağan edilən informasiyalar dərc olunmuş saytların ölkə ərazisində fəaliyyətinin məhdudlaşdırılması müvafiq qanunun tələblərinə uyğun olaraq həyata keçirilir:

"Fiziki, hüquqi şəxslərdən, yaxud dövlət qurumlarından daxil olmuş əsaslandırılmış məlumatlar əsasında Elektron Təhlükəsizlik Xidməti tərəfindən saytın və onun domen adının sahibinə, o cümlədən host provayderə yazılı xəbərdarlıq edilir.

Səkkiz saat ərzində yayılması qadağan edilən informasiya saytdan götürülmədikdə, Xidmət tərəfindən həmin saytın ölkə ərazisində fəaliyyətinin məhdudlaşdırılması barədə müvafiq məhkəmə instansiyalarına müraciət olunur.

Aidiyyəti qurumların müraciəti əsasında Elektron Təhlükəsizlik Xidməti tərəfindən bəzi qeyri-etik məzmunlu saytlarla əlaqədar məhkəmə instansiyalarına müraciət olunub və onların ölkə ərazisində fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı müvafiq qərar qəbul edilib", - deyə açıqlamada bildirilir.

Qeyd edək ki, porno saytların ölkə ərazisində məhdudlaşdırılması sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.

Son xəbərlər