05
августа
2018
15:02
Azərbaycanda bacı-qardaşın FACİƏVİ SONU
Bakı şəhərinin Xəzər rayonunda dənizin nəzarətsiz ərazisində 2 nəfər batıb.
MAY.AZ"Report"a istinadən bildirir ki, bu barədə məlumat FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.
Bildirilir ki, 1997-ci il təvəllüdlü Mahmudova Gülnar Əvəz qızı və Əliyev Əliağa Əvəz oğlunun (təvəllüdü dəqiqləşdirilir) cəsədləri hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Onların batdığı əraziyə ən yaxın xilasetmə məntəqəsi 800 metr aralıda olub.