"5 maşınım, 8 marka saatım, 1000 təsbehim var"
Həyat tərzi 44

"5 maşınım, 8 marka saatım, 1000 təsbehim var"

"Hər il film ssenarisi, kitab, roman yazmaq istəyirəm. Çünki içimdə o qədər şey yığılıb ki... Onları bacardıqca işimizin ssenarisinə daxil edirəm. Bütün bunları etməyə həyatın tempi mane olur. İndi prodüser və aktyor kimi işlərim var. Bunlar səni görmək istədiyin işlərdən uzaqlaşdırır".


Axşam.az xəbər verir ki, bu sözləri türk aktyor Oktay Kaynarca açıqlamasında deyib. O, çəkiliş saatlarından şikayətlənib:


"O qədər sürətlə işləyirik ki... Beş günə 145 dəqiqəlik material çəkirik. Bu vəziyyətdə necə vaxtımız ola bilər? Nə həyat yoldaşı, nə dost, nə sevgili, nə şəxsi həyat, nə də yuxu var. Baş rol aktyorları nəyi nəzərdə tutduğumu bilirlər. Sosial həyat deyə bir şey yoxdur".


Kaynarca aktyor, yoxsa prodüser kimi serialdan daha çox pul qazanması ilə bağlı sualı belə cavablayıb:


"Aktyor kimi. Hətta bəzən aktyorluq haqqımdan da imtina etməli oluram. Etiraf edirəm ki, bəzən prodüser hamının pulunu vaxtında ödəyir, mənimkini yox".


Aktyor hobbilərindən də danışıb:


"5 maşınım, 1000 təsbehim var. Hobbilərim maşınlar, təsbehlər və saatlardır. Səkkiz saatım var, lakin hamısı tanınmış markalardandır.


Avtomobillərimdən ikisi köhnədir: biri "Jaguar", digəri "Cadillac", 80-ci illərin modeli. 1970-ci və 1974-cü illərin "Cadillac"ları da varım idi, onları verdim. Avtomobillər vaxtaşırı əl dəyişir".


Qeyd edək ki, Kaynarca hazırda "Ben bu cihana sığmazam" serialının baş rolunu ifa edir.



Son xəbərlər