29
июля
2018
12:00
Bit dərmanı içib intihar etdi - BOŞANDIĞINA GÖRƏ
Qusar rayonunda intihar hadisəsi qeydə alınıb.
MAY.AZ apa-ya istinadla xəbər verir ki, hadisə rayonun Aşağı Ləyər kəndində baş verib.
Kənd sakini, 1976-cı il təvəllüdlü Ramazanov Yusif Süleyman oğlu bit əleyhinə kimyəvi preparat içərək intihar edib.
Qohumlarının sözlərinə görə, Y.Ramazanov on gün əvvəl həyat yoldaşından ayrılıb. Onun depressiya vəziyyətinə düşərək intihar etdiyi ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.