İlham Əliyev: "Gömrük rüsumları artırılmalıdır"
Xeberler 1 267

İlham Əliyev: "Gömrük rüsumları artırılmalıdır"

İlham Əliyev: "Gömrük rüsumları artırılmalıdır"


"İdxal, məncə, ümumiyyətlə, bir anlayış kimi olmamalıdır. Ancaq indi biz yəqin ki, idxala çeşidlərin müxtəlifliyinə görə yol verməliyik. Çünki bəzi insanlar xarici mallara öyrəşib, onları daha çox üstün tutur. Ona görə, biz idxalı dayandıra bilmərik. Ancaq gömrük rüsumları elə tətbiq edilməlidir ki, yerli məhsullara hər kəs üstünlük versin".

May.Az-in məlumatına görə, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Prezident bildirib ki, yerli məhsullardan əldə edilən vəsait Azərbaycanda qalır: "İkincisi, yerli məhsul keyfiyyətlidir. Orada heç bir kimyəvi, yaxud da ki, insan orqanizmi üçün təhlükəli maddələr yoxdur. Xarici məhsulların bəzilərində, əfsuslar olsun ki, belə maddələr var".

Ölkə başçısı yerli istehsalı sürətləndirmək üçün tənzimləyici tədbirlərin görməli olduğunu vurğulayıb: "Azərbaycan kimi ölkədə kənd təsərrüfatı məhsullarının idxalı mənə bir az qəribə görünür. Ona görə, biz həm keyfiyyətli məhsul yetişdirməliyik, həm özümüzü tam təmin etməliyik və əlbəttə ki, daxili bazarımızı qorumalıyıq".

Son xəbərlər