26
июля
2018
20:55
İki oğlanın zorladığı qız: "Ayılanda əli alt paltarımın içində idi" - FOTO
Luha adlı 23 yaşlı gənc qadın Los Ancelesə gedən Delta aviaşirkətinə məxsus təyyarədə yuxuya getdiyi zaman cinsi təcavüzə məruz qalıb.
Qız yanında əyləşən oğlanın əməli ilə bağlı ekipaj üzvlərinə şikayət etsə də, şübhəli heç nə olmamış kimi təyyarədən enərək gedib.
2 saatlıq səyahət zamanı iki oğlan sərnişinin arasında oturan gənc qadın yuxudaykən anidən kiminsə ayaqlarına toxunduğunu hiss edib. Luhanın dediyinə görə, həmin şəxs təyyarədə spirtli içki qəbul edirdi.
Hadisədən şoka düşən qadın qışqırıb kömək istəməyə cəhd edərkən oğlan hətta onun üstünə çıxmağa cəhd edib.
Təyyarənin arxa tərəfinə qaçan qadın kabinədə kapitanı qucaqlayaraq kömək istəyib.
Ancaq Delta şirkəti şübhəlinin təyyarədən enib getməyinə icazə verib. Polisə müraciət etmək məcburiyyətində qalan gənc qadın şikayət ərizəsi yazdıqdan sonra tibbi müayinədən də keçib.
Luha Twitter səhifəsində olayla bağlı bunları yazıb: "Təyyarədə yuxuya getmişdim və oyandığımda sərxoş bir şəxsin əlləri tumanımın içində idi".