15
августа
2020
19:43
Azərbaycan metanol istehsalını 26% artırıb
Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 285,8 min ton həcmində metanol (metil spirti) istehsal olunub.
MAY.AZ-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu ilin yeddi ayında metanol istehsalı ötən ilin müvafiq dövründən 26% çox olub.
Qeyd edək ki, metanol istehsalı Qaradağ rayonunda yerləşən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda həyata keçirilir.
Metanol Zavodu 2013-cü ildə istismara verilib. Zavod 2016-cı ildən SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.