26
июля
2018
16:55
Özünü güllələyən gənclə bağlı: "Evin tək oğlu idi"
Ağdaş rayonunda baş verən müəmmalı intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Güvəkənd kəndində güllələndiyi deyilən 1999-cu il təvəllüdlü Babayev Əvəz Rafiq oğlu ilə bağlı təfərrüatlar məlum olub.
MAY.AZ xəbər verir ki, Yenicag.az-a açıqlama verən Güvəkənd bələdiyyəsinin icra nümayəndəsi hadisədən danışıb:
"Əvəz göldə işləyirdi, evin tək oğlu idi. O, hadisəni iş yoldaşının ov tüfəngi ilə törədib. Həmin adam dəfn mərasiminə də gəlmişdi. Səhər tezdən uşaq işə gedib, heç bilinmir nə vaxt özünü vurub. Onu gölün qırağında keçinmiş vəziyyətdə tapıblar. Özünü öldürüb, ya kim öldürüb, heç kim heç nə bilmir. Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. Yas yerində oldum. Oğlanın atası hadisədən şok keçirib. Bu gün eşitdik, dedilər, göl sahibini həbs ediblər".
Qeyd edək ki, Əvəz Babayev ağzından güllə yarası alaraq dünyasını dəyişib.