20
ноября
2022
15:31
Cəlilabadda meyiti tapılan qadın qardaşı tərəfindən ağac parçası ilə öldürülüb - YENİLƏNİB
Noyabrın 16-sı Cəlilabad Rayon Polis Şöbəsinə 1976-cı il təvəllüdlü Xalidə Əliyevanın itkin düşməsi ilə bağlı daxil olmuş müraciət əsasında aparılmış istintaq-əməliyyat tədbirləri ilə sonuncunun qəsdən öldürülməsi müəyyən olunub.
Bu barədə "Report"a Cəlilabad prokurorluğundan məlumat verilib.
Qeyd olunub ki, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.
İstintaqla zərərçəkmişin qardaşı 1983-cü il təvəllüdlü Famil Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Xalidə Əliyevanı ağac parçası ilə vurub qəsdən öldürməsinə, daha sonra meyitini rayonun Uzuntəpə kəndi ərazisində basdırmasına əsaslı şübhələr müəyyən edilib.
Famil Əliyev şübhəli şəxs qismində saxlanılarkən dindirilmiş və göstərdiyi yerdən meyit çıxarılaraq müayinəyə təqdim edilib.İş üzrə istintaq davam edir.
14:11
Cəlilabadda açıq sahədən qadın meyiti tapılıb.
APA-nın Cənub bürosunun verdiyi məlumata görə, meyit rayonun Sabirabad kəndində açıq sahədə aşkarlanıb.
Meyitin bir müddət öncə itkin düşən 46 yaşlı Əliyeva Xalidə Xeyrulla qızına məxsus olduğu və onun qətlə yetirildiyi ehtimal olunur.
Hazırda rayonun hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər. Əraziyə baxış keçirilir, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülür.