Воскресенье
окт 23

Freddi Merkurinin avtomobili hərraca çıxarılacaq

Freddi Merkurinin avtomobillərindən biri 2022-ci ilin noyabrında "RM Sotheby's" London hərracında görünəcək.
Əfsanəvi britaniyalının bütün pərəstişkarları musiqiçiyə məxsus "Rolls-Royce Silver Shadow"nu almaq hüququ uğrunda yarışmaq imkanı əldə edəcəklər.
Freddi və onun bacısı avtomobilin ilk sahibləri olub.
Dəbdəbəli sedan 1979-cu ildə əldə olunub. Sənətçinin özü sürücülük vəsiqəsi olmadığı üçün həmişə avtomobilin arxa oturacağına əyləşib.
Sedan 192 at gücünə malik orijinal 6,75 litrlik V8 mühərriklə təchiz olunub. O, zavod spesifikasiyası ilə müqayisədə dəyişməyib.(oxu.az)

Комментарии (0)

Оставить комментарий