DİQQƏT! - Yağışlı havada bunu edənlər 40 AZN CƏRİMƏLƏNƏCƏK
Xeberler 240

DİQQƏT! - Yağışlı havada bunu edənlər 40 AZN CƏRİMƏLƏNƏCƏK

Bakıda yağışlı havalarda piyadaların üzərinə qəsdən palçıqlı yağış suyu sıçradan sürücülərə rast gəlinir. Belə vəziyyət vətəndaşları narahat edir və bu halların qarşısının alınmasını istəyirlər.
BAKU.WS xəbər verir ki, bu məsələ İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tənzimlənir:
Maddədə deyilir ki, su və ya palçığın yolda piyadalara, binalara və nəqliyyat vasitələrinə qəsdən sıçradılmasına görə sürücülər 40 manat məbləğində cərimə olunur. Bunun üçün vətəndaş belə bir halla qarşılaşan zaman 102 xidmətinə və yol polisinin 902 xidmətinə müraciət edib, əraziyə polis çağıra bilər.
Mövzu ilə bağı Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli BAKU.WS-ə bildirib ki, harada gölməçə varsa, sürücü həmin yerdən ehtiyatla keçməli, sürəti minimuma endirməlidir ki, su yol kənarında hərəkətdə olan və ya dayanmış piyadaların üzərinə sıçramasın:
"Əgər sürücü qəsdən idarə etdiyi avtomobillə piyadanın üzərinə su sıçradarsa onda onu cərimə gözləyir. Piyadalar əgər hər hansı nəqliyyat vasitəsi tərəfindən su sıçradılması halına məruz qalarsa, onda bununla bağlı şikayət edə və həmin şəxsin cərimələnməsini təmin edə bilər.
Digər tərəfdən şəhərdəki karealar vasitəsilə də bu kimi halların yaşanması sürücülərin cərimə edilməsi ilə nəticələnə bilər".

Son xəbərlər