09
ноября
2019
23:42
Bu insanlara naringi yemək OLMAZ — XƏBƏRDARLIQ
“Naringi meyvəsinin həm faydası həm də zərərləri var”.
Bu barədə müsahibəsində rusiyalı dietoloq Yelena Solomatina deyib.
"Naringini yemək olar və lazımdırda.Bu meyvənin tərkibində çox miqdarda vitamin, mikro və makro elementlər, antioksidanlar var. Bundan əlavə naringi bakterial göbələklərin böyüməsinə də maneə olur”.
Bundan əlavə mütəxəssis sitrus meyvələrinin payız-qış aylarında xüsusilə faydalı olduğunu da qeyd edib. Çünki onların tərkibində olan C vitamini virus xəstəliklərinin profilaktikası üçün böyük faydaları var.
Dietoloq həmçini naringinin hansı xəstəlikdən əziyyət çəkən insanlara qadağan olduğunu da açıqlayıb.
“Mədə-bağırsaq xəstəlikləri, qastrit və mədənin turşuluğu çox olan insanlara naringi qəbul etməməyi tövsiyə edirəm. Naringini həmçini ac qarnına yemək təhlükəlidir. Çünki boş mədəyə qəbul edilən meyvə sağlam insanlara belə pis təsir göstərə bilər”,- deyə qeyd edib.(ölkə)