45 metrlik uçurumdan şəlaləyə yıxılan turist sağ qaldı
Dünya 1

45 metrlik uçurumdan şəlaləyə yıxılan turist sağ qaldı

ABŞ-nin Vaşinqton ştatında bir turist 45 metr hündürlükdən şəlaləyə düşərək sağ qalıb.

Oxu.Az xəbər verir ki, bu barədə NBC məlumat yayıb.

Hadisə Vaşinqtondakı "Racehorse Falls" şəlaləsində baş verib. 25 yaşlı turist əvvəlcə təxminən 15 metr hündürlükdən qayaların üzərinə yıxılıb, sonra daha 30 metr aşağı düşərək dərənin dibinə çatıb.

Hadisə şahidləri təcili yardım çağırıblar. Səyahətçi tibb müəssisəsinə aparılıb.

Yerli hakimiyyət orqanlarının qeyd etdiyi kimi, bu, bir il ərzində şəlalədə turistlərin xəsarət alması ilə bağlı beşinci hadisədir.



Son xəbərlər