20
октября
2022
20:00
Öləndən bir saat sonra DİRİLD
Çinin Quansi-Çjuan avtonom rayonunda 61 yaşlı kişi ürəyi dayandıqdan bir saat sonra dirilib.
BiG.AZ xəbər verir ki, bu barədə "SCMP" yazır.
Belə ki, kişiyə koronar ürək xəstəliyi diaqnozu qoyulandan bir neçə ay sonra o, evində huşunu itirib. Həyat yoldaşı təcili tibbi yardıma müraciət edib. Hadisə yerinə gələn həkimlər xəstənin ürəyinin dayandığını bildiriblər. Xəstəxanaya apararkən yol boyu onlar defibrilyator köməyi ilə xəstəni həyata qaytarmağa çalışıblar.
Yenidən zəif ürək döyüntüsünü bərpa onunduqdan sonra xəstəxanada onu dərhal daha böyük tibb müəssisəsinə köçürmək qərarına gəliblər və burada xəstə ağciyərlərin süni ventilyasiyası aparatına qoşulub. Onun vəziyyəti kritik olaraq qiymətləndirilib. Dərin koma halında olan kişinin qan təzyiqi aşağı düşüb və o, müstəqil olaraq nəfəs ala bilməyib.
Daha sonra xəstə reanimasiya şöbəsinə köçürülüb və burada iki həftə keçirib.
Hazırda çinli hələ də tibb müəssisəsindədir, lakin artıq yemək yeyə və digər insanlarla ünsiyyət qura bilir.
Hesab olunur ki, ürək tutma zamanı ürək döyüntüsünü bərpa etmək üçün həkimlərin cəmi 6 dəqiqəsi olur.
Xəstəxananın həkiminin sözlərinə görə, adətən tibb işçiləri yarım saat ərzində ürək-ağciyər reanimasiyasını tətbiq etməyə çalışırlar və bunun nəticə vermədiyini görəndə dayanırlar. Bu dəfə isə xəstənin ailə üzvləri təslim olmaq istəməyib və həkimlərdən dayanmamağı tələb ediblər. Nəticədə, bir saat sonra möcüzə baş verib.