13
августа
2016
02:21
10 milyona lap az qaldıq
Azərbaycanda əhalinin demoqrafik vəziyyəti açıqlanıb.
Dövlət Statistika Komitəsindən "Report”a verilən məlumata görə, ölkə əhalisinin sayı ilin əvvəlindən 49,9 min nəfər və ya 0,5 faiz artaraq bu ilin iyulun 1-i vəziyyətinə 9755,5 min nəfərə çatıb. Əhalinin sıxlığı bir kvadratkilometrə 113 nəfər olub.
Əhalinin ümumi sayının 53,1 faizini şəhər, 46,9 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
Hazırda hər 1000 kişiyə 1007 qadın düşür.