13
июля
2018
09:04
15 yaşlı bibisi qızını tövləyə saldı, anasının gözü qarşısında intim əlaqəyə girdi, sonra...
Şəmkir rayonunda bibisi qızına təcavüz etməkdə təqsirli bilinən 1989-cu il təvəllüdlü Azər Əliyev (ad şərti verilib - red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
MAY.AZ publika.az-a istinadən xəbər verir ki, Azər Əliyev 2016-cı ilin yaz fəslində Şəmkir rayonu Varlı Həyat kəndində evlərinin yaxınlığında yerləşən bulaq başında bibisi qızı, 2001-ci il təvəllüdlü Sevda Əliyevaya (ad və soyad şərti verilib - red.) ilə intim əlaqədə olmaq istəyib.
Sevgisini elan etdi, cinsi əlaqədə oldu
Azər Əliyev özündən 12 yaş kiçik olan Sevda Əliyevaya bulaq başında sevgisini elan edib, onunla evlənmək istədiyini deyib.
Bundan sonra Azər Əliyev həmin ilin iyun ayının sonlarında və avqust ayında istintaqa dəqiq günü məlum olmayan vaxtlarda Sevda Əliyeva ilə qeyri-təbii yolla cinsi əlaqədə olub.
Qızla tövlədə cinsi əlaqədə oldu
Daha sonra o, Sevda Əliyeva ilə bibisinin Varlı Həyat kəndində yerləşən inşası başa çatmayan fərdi yaşayış evində görüşüb. Orada Sevda ilə 2 dəfə zor tətbiq etmədən qeyri-təbii yolla cinsi əlaqədə olub.
Ədalət Hüseynov daha sonra sentyabrın 6-da, gecə saat 23 radələrində Sevda Əliyevanın yaşadığı evin yanına gəlib. O, Sevda ilə birlikdə evlərinin həyətində olan tövləyə gediblər.
Şikayət və cinayət işi
Onlar tövlədə zor tətbiq edilmədən qeyri-təbii yolla cinsi əlaqədə olublar. Bu hadisəni görən qızın anası hüquq-mühafizə orqanlarına şikayət edib. Şikayət əsasında Ədalət Hüseynovun barəsində cinayət işi açılıb.
İstintaq orqanı tərəfindən Azər Əliyeva qarşı Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
"Cinsi əlaqədə olmaq istəmişəm"
Təqsirləndirilən şəxs qismində ifadə verən Ədalət Hüseynov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, qeyd edib ki, 2016-cı ilin mayında zor tətbiq etmədən Sevda ilə qeyri-təbii yolla cinsi əlaqədə olması barədə deyilənlər yalandır: "2016-cı il sentyabrın 6-da Sevdanın qardaşı oğlunun ad günü olub. Guya mən həmin ad günündə olmuşam, Sevdaya sevgi elan etmişəm, onunla cinsi əlaqədə olmaq istəmişəm. Amma əksinə, həmin gün saat 21 radələrində öz evimizdə olmuşam".
"Qurban kimi məni seçib"
Təqsirləndirilən şəxs ifadəsində qeyd edib ki, Sevda ilə qeyri-təbii yolla cinsi əlaqədə heç vaxt olmayıb: "Deyirlər ki, 2016-cı ilin may və iyun aylarında dəfələrlə qeyri-təbii yollarla cinsi əlaqədə olmuşam. Bu da onu deməyə əsas verir ki, həmin tarixədək olan dövrdə də Sevda digər şəxslərlə qeyri-təbii yolla cinsi əlaqədə olub. Lakin həmin şəxsin adını istintaqa deməyib. Qurban kimi isə məni seçib".
"Başıma silah dirədilər ki, evlənməlisən"
Azər Əliyev deyib ki, Sevda Əliyevanın qohumları onu hədələyib: "Sevdanın qohumları məni yaşadığım Şəmkir rayonundan sahibsiz bir meşəliyə apardılar. Orada üstümə silah çəkdilər və bildirdilər ki, sən Sevdanı almasan, burda səni öldürəcəyik. Etmədiyim hərəkətə görə kimləsə evlənməyə məcbur olmadığımı və evlənməyəcəyimi bildirdim".
"Tövlədə cinsi əlaqədə olduq"
Zərərçəkmiş şəxs qismində ifadə verən Sevda Əliyeva bildirib ki, sentyabrın 6-da, gecə 23 radələrində Azər Əliyev onlara gəlib: "Biz birlikdə tövləyə getdik, orada cinsi əlaqədə olduq. Cinsi əlaqədə olan zaman Azər məni sevdiyini, mənimlə evlənəcəyini, ailə quracağını deyirdi".
Şəmkir rayon Məhkəməsinin hökmü ilə Azər Əliyev 1 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Azər Əliyev apelyasiya şikayəti verib.
Azər Əliyev barəsində olan hökmün ləğv edilməsini, bəraət hökmünün çıxarılmasını istəyib. Zərərçəkmiş Sevda Əliyevanın nümayəndəsi də apelyasiya şikayəti verərək, Azər Əliyevin cəzasının ağırlaşdırılmasını istəyib.
Gəncə Apelyasiya Məhkəməsinin qərarı ilə həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmişin hüquqi varisinin şikayətləri təmin edilməyib.
Bundan sonra tərəflər kasasiya şikayəti ilə Ali Məhkəməyə müraciət ünvanlayıblar. Ali Məhkəmədə şikayətlərə bu yaxınlarda hakim Əli Seyfəliyevin sədrlik etdiyi kollegiyada baxılıb.
Hakim kollegiyası kasasiya şikayətlərinin dəlillərini araşdırandan sonra qərar elan edib. Qərara görə, həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmiş şəxsin nümayəndəsinin şikayətləri təmin olunmayıb.