Azərbaycanda sərnişin və yük daşıyan bütün sürücülər YOXLANILACAQ
Xeberler 748

Azərbaycanda sərnişin və yük daşıyan bütün sürücülər YOXLANILACAQ

Azərbaycanda sərnişin və yük daşıyan bütün sürücülər YOXLANILACAQ


Azərbaycanda sərnişin və yük daşınması ilə bağlı ciddi yoxlamalara başlanılıb.

MAY.AZ xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat şöbəsinin rəhbəri Nuridə Allahyarova məlumat verib.

Onun sözlərinə görə, yoxlamalar Nazirlər Kabinetinin 2009-cu il 24 aprel tarixli 71 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən sərəncamında olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi” qaydasına əsasən keçirilir.

Belə ki, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar mülkiyyət növündən, təşkilati-hüquqi formasından asılı olmayaraq, daşıyıcılar tərəfindən sərəncamında olan avtonəqliyyat vasitələrininin texniki vəziyyəti reysqabağı yoxlanılmalı, sürücüləri reysqabağı tibbi müayinədən keçməlidirlər.

Belə ki, sərəncamında olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması aparılacaq. Sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi qaydasına əsasən, avtomobil nəqliyyatı ilə kommersiya məqsədli müntəzəm və qeyri-müntəzəm sərnişin daşımalarını, taksi minik avtomobilləri ilə sərnişin daşımalarını, habelə beynəlxalq və ölkədaxili yük daşımalarını yerinə yetirən hüquqi şəxslərə və fərdi sahibkarlara şamil edilir.

Qərarın 2.3.-cü bəndinə əsasən, avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təyin etdiyi hüquqi və ya fiziki şəxslər tərəfindən təşkil edilmiş məntəqələrdə qanunvericiliyə uyğun olaraq həyata keçirilir.

Son xəbərlər