Hüseyn Həsənov Rusiyanı tərk etdi - Fotolar
Şou-biznes 200

Hüseyn Həsənov Rusiyanı tərk etdi - Fotolar

Azərbaycanlı bloger Hüseyn Həsənov ötən gün gecə saatlarında Rusiyanı tərk edib.
Axşam.az rus mətbuatına istinadən xəbər verir ki, bu, onun gömrük məntəqəsindəki kompüterdən çəkilən fotosundan sonra üzə çıxıb.
Hüseyn isə sosial şəbəkədə video paylaşaraq "Bir neçə günlük atamın yanına gedib, qayıdacağam" sözlərini yazıb. O, istiqamət olaraq hara getdiyini isə açıqlamayıb.
İddialara görə bloger hazırda Gürcüstandadır.
Qeyd edək ki, Rusiyada qismən səfərbərlik elan edilib. Ölkənin bir sıra şou-biznes nümayəndələrinə və tanınmış şəxslərinə hərbi komissarlıqdan çağırış vərəqəsi göndərilib.

Son xəbərlər