Воскресенье
окт 23

Onlar da "xarici agent" elan edildi

Rusiya Ədliyyə Nazirliyi xarici agent kimi fəaliyyət göstərən şəxslərin siyahılarını yeniləyib.
Axşam.az xəbər verir ki, onların arasına kinoprodüser Aleksandr Rodnyanski və yazıçı Mixail Zıqar da daxil edilib. Bu barədə sosial media hesabında yazan Aleksandr xarici vətəndaşa "xarici agent" adı verilməsini "axmaqlıq" adlandırırb. O, bu siyahıya qoşulmaqdan qürur duyduğunu ifadə edib.
Qeyd edək ki, A.Rodnyanski Ukrayna vətəndaşıdır və hərbi xüsusi əməliyyat başlayandan sonra Rusiyanı tərk edib və müharibə törədən tərəfi qınayıb. Onun Rusiya prezidenti Vladimir Putin haqqında serial çəkməyi planlaşdırdığı bildirilib.
Bundan əvvəl, Rusiyanın Xalq artisti Alla Puqaçovanın həyat yoldaşı, şoumen Maksim Qalkinin "xarici agent" elan edilib.

Комментарии (0)

Оставить комментарий