29
сентября
2022
00:44
"Mənə "qəhrəman Bəxtiyar" deyirlər..."- Gəncə terrorunun balaca ŞAHİDİ DANIŞDI
27 sentyabr... Hələ bir neçə il əvvələdək təqvimin bu tarixi payızın ilk günləri, sadəcə olaraq IX ayın 27-ci günü idi. Lakin iki il əvvəl bütün bu adilik, 27 rəqəminin bəsitliyi pozuldu.
Belə ki, 2020-ci il 27 sentyabr Qarabağın azadlıq müqəddiməsi, dumanlı dağların zəfərə boyanmasına hazır dayanan Xudayar kimi minlərələ əsgərin hərb savaşı, ürəyi döyüş meydanında vuran milyonlarla azərbaycanlının söz savaşının, ana və qızların səbr, təmkin savaşının başlanğıcı kimi tarixə yazıldı.
Bəli, bu gün 30 illik niskilin, hicranın vüsala çevrildiyi günün başlanğıcı hesab olunur. Bu gün Azərbaycanın "Qarabağ" adlı yarasının sağalması yolunda başlayan hərb mücadiləsindən iki il ötür...
30 ildən sonra ilk dəfə Qarabağ məhz bu gün mərmi səsini, tank səsini sevinclə qarşıladı. Çünki bu səs azadlığın səsi idi, bu səs Azərbaycan əsgərinin haqq savaşının nəriltisi idi.
Bir il əvvəl bu gün müharibə meydanında Azərbaycan əsgərinin qibləgahı Qarabağ, səcdəgahı Vətən oldu. 27 sentyabr Azərbaycan xalqı "sən", "mən", "o" olmadı. O gündən 10 milyon Azərbaycan vətəndaşı, dünya azərbaycanlıları "biz" oldu. Tək amal var idi, Qarabağı azad edəcəkdik. Tək arzu var idi, işğal olunmuş torpaqları azad görəcəkdik. O tarixdən 44 günün sonunadək başqa heç nə arzu etmədik biz. Bütün düşüncə və istəklər, bütün bu baş verənlər Qarabağa aparırdı çünki...
44 günlük Vətən müharibəsində erməni tərəfi yalnız hərbi geyimli oğullarımızı yox, mülki vətəndaşlarımızı da hədəf alırdı. İşğalçı Ermənistan ordusu dəfələrlə Gəncə,Tərtər və Bərdəni raket və ağır artilleriya ilə atəşə tutmuşdu. Nəticədə mülki əhali arasında həyatını itirən və ağır yaralanlar oldu. Beynəlxalq hüquq və konvensiyalara məhəl qoymayan, terror və soyqırım aktları törədən düşmənə qarşı xalqımız isə hər zaman məğrur dayandı. Elə balaca Bəxtiyar kimi...
2020-ci il oktyabrın 11-də Gəncədə Ələkbər bəy Rəfibəyli küçəsi erməji raketlərinin hədəf nöqtəsi oldu. Ermənistanın raket hücumu nəticəsində 10 nəfər həlak oldu, 30-dan çoxu isə yaralandı. Bu fəlakətin içərisində hələ ana qayğısına möhtac, qorxunu yalnız nağıllarda yaşayan, lakin bir anlıq özünü faciənin içərisində tapan 6 yaşlı Bəxtiyar Heydərli yaralı vücudu ilə əzmini itirməmiş, gülümsəməyə davam etmişdi. Bu, mesaj idi, kiçik Azərbaycan əsgərinin qorxusuzluq, təmkin mesajı...
Hər kəsin sevimlisinə çevrilən Bəxtiyar Heydərli bu ildən birinci sinifə gedir. Gundem.az saytına açıqlama verən balaca igid dostumuz deyir ki, onu tanıyanların çoxu “Qəhrəman Bəxtiyar” deyə çağırır.
“Ermənilər Gəncəni raket atəşinə tutanda evimiz dağıldı. O anları yada salmaq çox çətindir. Arada anamla atam məni dağılmış evimizə aparır, orada dağıntı altında qalmış oyuncaqlarımı, televizorumuzu görürəm.
Deyirəm ki, kaş ermənilər raket atmayaydı. Məni “qəhrəman Bəxtiyar" deyə çağırırlar çünki raket atılanda qorxmadım. İnsanlar məni tanıyanda sevinirəm. Mənə “səninlə fəxr edirik, halaldır” deyirlər. Bu il 1-ci sinifə başlamışam, dərslərimdən 5 alıram. Müəllimə məni nüumunə olaraq uşaqlara göstərir. Uşaqlar da məni sevirlər, mənlə şəkil çəkdirmək istəyirlər .Mən fəxr edirəm ki, azərbaycanlıyam. Qarabağ Azərbaycandır",-balaca qəhrəman bildirib.
Bəxtiyar deyir ki, böyüyəndə milli qəhrəmanımız Polad Həşimov kimi olmaq, ermənilərdən qisas almaq istəyir. Ümid edirik ki, sən böyüyənə müharibə, münaqişə qalmaz, igid dost...