24
сентября
2022
22:52
Bərbər və tamadaların NƏZƏRİNƏ - 12 manat ödəyəcəksiniz +VİDEO
Dərzi, çəkməçi, taksi sürücüləri və toy aparıcıları...
Bu peşə mənsubları da icbari tibbi sığortaya cəlb olunacaqlar. Belə ki, "İcbari tibbi sığorta haqqında" qanun layihəsinə nəzərdə tutulan dəyişikliyə əsasən, çəkməçi, dərzi, toy aparıcıları, yük və taksi sürücüləri, bərbərlər və məişət avadanlığı təmiri ilə məşğul olanlar hər ay 12 manat məbləğində sığorta haqqı ödəyəcəklər. Əvəzində isə həmin şəxslər istədikləri vaxt müvafiq müayinə və müalicə xidmətlərindən faydalana biləcəklər.
Uzun müddətdir, saç ustası işləyən Maral Rəsulova deyir ki, qanuna edilən dəyişiklik ürəyincədir. Çünki O,sığortasız xəstəxanaya müraciət etdikcə xərcinindaha çox çıxdığını bildirir.
Zəminə İslamova isə 20 ildən çoxdur dərzidir. İndi O da bu cür xidmətlərdən yararlanmaq istəyir.
Bərbərlər, taksi sürücüləri də sözügedən dəyişiklikləri müsbət qiymətəndirirlər.
Məsələ ilə bağlı millət vəkili Kamilə Babayeva deyir ki, əmək fəaliyyəti ilə məşğul olan hər bir şəxsin, eləcə də, sözügedən peşədə çalışanlarınicbari tibbi sığortaya cəlbedilməsi vacibdir. (xəzərxəbər)