01
мая
2020
20:08
İmmunitetim güclüdür, ya zəif? – Bu 5 əlamətlə biləcəksiz
İmmunitetinizin normal və xəstəliklərə qarşı davamlı olub-olmamasını bilmək üçün evdə, sadəcə bu 6 məqama,əlamətə diqqət yetirməyiniz kifayətdir.
İmmunitetin necə olması insanın xarici görünüşünə baxdıqda özünü göstərir. Birinci olaraq, saçlar, dırnaqlar, dilə baxmaq kifayətdir.
MAY.AZ Medicina.az-a istinadən xəbər verir ki, orqanizmdə mikroelement, vitamin, vacib maddələr çatışmadıqda, birinci növbədə dırnaqlar, saçlar zədələnir.
1. Saçların vəziyyəti - əgər onlar parlaq, normal yağlılıqdadırsa, kəpək yoxdursa, asan uzanırsa, ucları sağlamdırsa, tökülmürsə, quru və ya çox yağlı deyilsə, deməli, immunitetiniz möhkəmdir. İnsanın gündə 100 ədəd saç tükü itirməsi normaldır. Əgər saçlarınız dibdən uca kimi xəstədirsə, o zaman immunitetiniz zəifdir.
Saçların müalicəsini trixoloq həkim aparır. O, lazımi element və mineral əlavələrini yazacaq. Saçlar üçün daha çox omeqa 3, B 12, B6, D vitamini, dəmir lazımdır. Qanı az olanın da immuniteti zəif olur və bu saçlarda öz əksini tapır.
2. Dırnaqlar – Əgər dırnaqlar möhkəm, rəngi normal, sədəfi parlaq, onları əymək, didmək mümkün deyilsə, immunitet möhkəmdir. Əgər dırnaq laylanıbsa,soyulursa, ağ ləkələr varsa, qırılırsa, deməli, zəifsiz.
3. Ağız içinə bax: əgər dişlərin çürüyübsə, stomatit, diş ətində qanama, boğazda qızarma, iltihab olursa, dilin üzəri boz, ağ ərplə örtülübsə, immun sisteminizdə problem var
4. Ağızdan pis qoxu – mədə-bağırsaq pozulması, parazitlər, qurdlar, virus və bakterial infeksiyaları bu problemi yaradır. Ağzından gecə-gündüz pis qoxu gələn insanın immuniteti möhkəm ola bilməz. Bu insanın ciddi problemləri var. Xüsusən ishal və ya qəbizliyi olanın immun sistemi yaxşı işləmir.
5. Gecə normal yata bilmirsiz – yuxusu olmayan insanın immun sistemi bərpa olmur. Və ya əksinə immuniteti zəif insan yaxşı yata bilmir.