11
июля
2018
20:58
Adnan Oktar həbs olundu
Türkiyədə özünü ilahiyyatçı kimi təqdim edən Adnan Oktar və 235 tərəfdarı hüquq-mühafizə orqanlarının apardığı əməliyyat zamanı saxlanılıb.
MAY.AZ xəbər verir ki, onlar azyaşlı uşaqlara təcavüz, çirkli pulların yuyulması, təhdid və şantaj etməkdə ittiham olunur.
Əməliyyat zamanı çoxlu sayda silah-sursat, zirehli geyim və maşın müsadirə edilib.
Adnan Oktarın İstanbulun Çəngəlköy rayonundakı evində saxlanılan zaman müqavimət göstərdiyi bildirilir.
Həmçinin səhər saatlarında Adnan Oktarın verilişlərini canlı yayımladığı A9 TV-də də əməliyyat keçirildiyi qeyd olunur.