3 nəfər qarpızdan zəhərlənib – RƏSMİ
Sosial 750

3 nəfər qarpızdan zəhərlənib – RƏSMİ

3 nəfər qarpızdan zəhərlənib – RƏSMİ


"İnsanların düzgün qidalanmaması zəhərlənmələrə səbəb olur".

MAY.AZ xəbər verir ki, bunu Respublika Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinin müdiri Gülnarə Babayeva sfera.az-a açıqlamasında qida zəhərənmələri ilə bağlı son günlər daxil olan müraciətlərdən danışarkən deyib:

"Bir neçə gün öncə bir ailənin üç üzvü qida zəhərlənməsi ilə əlaqədar müraciət etmişdi. Ailə qarpızdan zəhərlənmişdi. Lakin son günlər istənilən qidadan zəhərlənmə baş verir”.

G.Babayevanın sözlərinə görə, buna səbəb qida mədəniyyətinin olmamasıdır:

"Qida mədəniyyətinin olmaması bu cür halları artırır. Məsələn, belə isti havada pomidoru, pomidor tomatını soyuducudan kənarda saxlamaq olmaz. Buna baxmayaraq istehlakçılar soyuducudan kənarda saxladıqları, dadarkən turş olduğunu dedikləri qidaları qəbul edirlər. Nəticədə də belə hadisə baş verir. İnsanlarda qida mədəniyyətinin olmaması bu kimi halların artmasına səbəb olur”.

Son xəbərlər