07
февраля
2018
11:27
Tayvanda DƏHŞƏTLİ ZƏLZƏLƏ: 2 ölü, 202 yaralı (YENİLƏNDİ)
Tayvanda baş verən güclü zəlzələ nəticəsində 202 nəfərə yaralanıb, 2 nəfər ölüb.
Elit.az xəbər verir ki, yeraltı təkanlar zamanı hərbi hospital da daxil olmaqla 5 bina dağılıb və ya qismən zərər çəkib.
Bundan əlavə, 702 yaşayış evi işıqsız qalıb.
***
Tayvanın şərqində 6,1 bal gücündə zəlzələ baş verib.
Elit.az "RİA Novosti"yə istinadən xəbər verir ki, yeraltı təkanlar adanın şimal-şərqində - Hualyan şəhərində 5 km dərinlikdə qeydə alınıb.
Zəlzələ nəticəsində otel binası uçub. Otel Hualyan qəzasında yerləşir.
Ölən və yaralananlar barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.