Kamran Əliyev Bakıda evakuatorların yoxa çıxmasının səbəbinə aydınlıq gətirdi
Xeberler 883

Kamran Əliyev Bakıda evakuatorların yoxa çıxmasının səbəbinə aydınlıq gətirdi

Kamran Əliyev Bakıda evakuatorların yoxa çıxmasının səbəbinə aydınlıq gətirdi


Bakıda avtomobillərin evakuasiya edilməsi qadağan edilib.

Bu barədə BAKU.WS-ə etibarlı mənbədən məlumat verilib.

Mənbə bildirir ki, dekabrın 21-dən etibarən Bakıda evakuatorların fəaliyyətinin kəskin məhdudlaşdırılması barədə tapşırıq verilib.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ilə əlaqə saxladıq.

BDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev BAKU.WS-ə bildirdi ki, evakuatorların işinə heç bir qadağa qoyulmayıb, lakin qanunvericilikdə müvafiq dəyişikliklər olunub

Onun sözlərinə görə, yalnız dayanma-durma qaydasını pozmuş nəqliyyat vasitəsi nəqliyyatın hərəkət sıxlığına təsir etdikdə, mühüm dərəcədə məhdudlaşdırdıqda evakuasiya oluna bilər.

“İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə görə, evakuatorlar əvvəlki kimi dayanma-durma qaydalarını pozan avtomobilləri evakuasiya etmir. Qeyd etdiyim kimi əgər nəqliyyat vasitəsi digər avtomobillərin hərəkətini məhdudlaşdırırsa, evakuasiya edilir, cərimə meydançasına aparılır. Dayanma-durma qaydasını pozan sürücü yerində cərimələnir”, - deyə Kamran Əliyev bildirdi.

BDYİ rəsmisinin sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinə dəyişiklik 2017-ci ilin iyul ayından qüvvəyə minib.

Onu da bildirək ki, İXM-nə edilən dəyişikliyin tətbiqindən sonra paytaxt yollarında sürücülərin çox sayda qayda pozuntusuna rast gəlinir. Belə ki, evakuatorların fəaliyyətinin məhdudlaşdırılmasından istifadə edən bəzi sürücülər maşını yollarda hətta 3 cərgədə saxlayırlar.

Son xəbərlər