Dünyanın ən güclü məşqçilərinin siyahısı açıqlanıb, Qurban Qurbanov geriləyib

Dünyanın ən güclü məşqçilərinin siyahısı açıqlanıb, Qurban Qurbanov geriləyib
İdman 11

UEFA dünyanın ən güclü məşqçilərinin siyahısını açıqlayıb.

500 mütəxəssisin yer aldığı cədvəldə yeganə azərbaycanlı Qurban Qurbanovdur. "Qarabağ"ın baş məşqçisi 1673 xala malikdir. O, dünyada 133-cüdür. İki xal itirən Qurbanov iki pillə geriləyib.

"Turan Tovuz"un rusiyalı baş məşqçisi Kurban Berdıyev 1796 xalla dünyada 54-cüdür. O, bir pillə irəliləyib.

Millimizi çalışdıran Fernando Santos 1624 xalla siyahıda 184-cüdür. Portuqaliyalı bir addım geriləyib.

"Neftçi"nin baş məşqçisi Roman Qriqorçuk 423-cü yerdə qalıb. Ukraynalının 1481 xalı var.

Qeyd edək ki, siyahıya "Mançester Siti"nin (İngiltərə) çalışdırıcısı Pep Qvardiola 2240 xalla başçılıq edir.

Mənbə: UEFA.com


Oxşar xəbərlər

Son xəbərlər

Кликните на изображение чтобы обновить код, если он неразборчив