23
января
2018
00:55
Lənkəranı təşvişə salan manyak belə yaxalandı - Video
Lənkəran rayonun Liman şəhərində evlərə girərək sakinləri döyməkdə şübhəli bilinən şəxsin yaxalanma anının görüntüləri yayılıb.
May.az Unikal.org-a istinadən xəbər verir ki, manyak Şağlaser kəndində saxlanılıb. Onu tutan şəxslər isə kənd sakinləri olub.
Qeyd edək ki, Liman şəhər sakini olan iki nəfər yanvarın 13-də, daha iki nəfər isə yanvar 14-də evlərində döyülüb. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Döyülənlərdən 1972-ci il təvəllüdlü Samirə Miriyeva xəstəxanada dünyasını dəyişib.