05
июля
2018
19:49
Böyük müharibə bu tarixə kimi başlayacaq – ŞOK RAZILAŞMA
Ukrayna prezidenti Pyotr Poroşenko Donbas separatçıları ilə böyük müharibənin başlanması haqqında razılaşır.
MAY.AZ publika.az-a istinadən xəbər ki, bu haqda “Batkivşina” Partiyasının lideri Yuliya Timoşenko bildirib.
Onun sözlərinə görə, Poroşenko Donbasda eskalasiya vasitəsilə Ukraynada prezident seçkilərini keçirməməyə çalışır.
“Poroşenkonun Ukraynada etməyə çalışdığı esktremal dərəcədə təhlükəlidir. O, prinsip etibarilə prezident seçkiləri keçirməmək istəyir. Buna görə indi “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” ilə danışıq prosesi başlanıb. Poroşenko böyük müharibənin başlanmasına təşəbbüs etmək istəyir”, - siyasətçi deyib.
Partiya sədri qeyd edib ki, prezident bu gün “xalq respublikaları”nın rəhbərləriylə dostluq münasibətlərinə malikdir.
“Prezident hərbi vəziyyəti tətbiq etmək və prinsip etibarilə seçkiləri keçirməmək istəyir. Bu, indi əsas plandır”, - Timoşenko yekunlaşdırıb.
Qeyd edək ki, Ukraynada prezident seçkiləri 2019-cu ildə keçirilməlidir.