Azərbaycan nefti BAHALAŞDI
Xeberler / Afisa 918

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI



CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 15-də 71,63 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 0,63 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 15-də 71,03 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,99 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti yanvarın 15-də 68,61 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,6 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə yanvarın 15-də 70,5 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,57 dollar/barel çoxdur.

Son xəbərlər