01
декабря
2017
13:49
Saxlanılan azərbaycanlı futbolçulardan biri sərbəst buraxıldı
“Keşlə”nin danışılmış oyunlar səbəbilə heyətdən uzaqlaşdırdığı, ötən gün isə hüquq-mühafizə orqanları tərəfindən həbs olunduğu bildirilən futbolçularından biri azadlığa buraxılıb.
BAKU.WS Yenicag.az-a istinadən xəbər verir ki, bu gün saatlarında Mirhüseyn Seyidov sərbəst buraxılıb. Saxlanılan digər futbolçu – Nizami Hacıyevdən isə hələlik, xəbər yoxdur.
Qeyd edək ki, sözügedən futbolçular danışılmış oyunlarda iştirak şübhəsi ilə ötən gün saxlanılıblar.