30
июня
2016
01:11
“Azərbaycan Dəmir Yolları” "NAZ Lifan"lar aldı
"Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyəti Naxçıvan Avtomobil Zavodunun istehsal etdiyi 10 ədəd "NAZ Lifan” avtomobili alıb. ANS PRESS-in məlumatına görə, QSC "Təsərrüfat İdarəsi” MMC-nin rəisi Məhəmməd Əmircanov avtomobillərin xidməti istifadə üçün nəzərdə tutulduğunu söyləyib.
Bildirib ki, ümumiyyətlə, "Azərbaycan Dəmir Yolları” QSC-nin avtomobil parkının yenilənməsinə ehtiyac var. Bu baxımdan Naxçıvan Avtomobil Zavodunun istehsal etdiyi "NAZ Lifan” avtomobillərinə üstünlük veriləcək.
Avtomobillərin alınması 2016-cı il yanvarın 26-da "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransdakı yekun nitqində Azərbaycan prezidentinin tövsiyəsinə uyğun olaraq həyata keçirilib.