29
сентября
2017
15:22
Mehman Hüseynov barəsində son qərar verildi
Bu gün Ali Məhkəmədə blogger Mehman Hüseynov barəsində hökmdən verilən kassasiya şikayətinə baxılıb.
APA-nın məlumatına görə, hakim Əli Seyfəliyevin sədrlik etdiyi iclasda Mehman Hüseynovun vəkilləri çıxış ediblər. Onlar M. Hüseynov barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini məhkəmədən xahiş ediblər.
Xüsusi ittihamçısının nümayəndəsi isə kassasiya şikayətinin təmin olunmamasını istəyib.
Daha sonra Ali Məhkəmənin qərarı elan olunub. Qərara əsasən, kassasiya şikayəti qismən təmin olunub. M. Hüseynov barəsində Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv olunub. Cinayət işinin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınıb.
Qeyd edək ki, Nəsimi RPİ-nin rəisi Musa Musayev bloqger M. Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verib. O, bloqgerin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib.
Suraxanı Rayon Məhkəməsinin hökmü ilə M. Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. Hökmdən verilən apellyasiya şikayəti təmin edilməyib.