30
августа
2017
14:25
“ASAN xidmət”də 3 gün qeyri-iş günü olacaq
Qurban bayramı ilə əlaqədar 1, 2, 3 sentyabr tarixlərində “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.
Bu barədə BAKU.WS-ə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
Məlumatda deyilir ki, 4 sentyabrdan vətəndaşlar “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.