Biznesmenin oğlunun "Porsche" ilə öldürdüyü qadınla bağlı MARAQLI FAKTLAR
Hadisə 898

Biznesmenin oğlunun "Porsche" ilə öldürdüyü qadınla bağlı MARAQLI FAKTLAR

Biznesmenin oğlunun "Porsche" ilə öldürdüyü qadınla bağlı MARAQLI FAKTLAR


2 gün əvvəl Bakının Sabunçu rayonu ərazisində yetkinlik yaşına çatmamış Ağəli Fərəclinin idarə etdiyi "Porsche Cayenne Magnum" markalı, 99 BS 999 dövlət qeydiyyat nişanlı avtomobillə vurub öldürdüyü qadının meyiti ailəsinə verilib.

BAKU.WS lent.az-a istinadən bildirir ki, Gürcüstan vətəndaşı, 1992-ci il təvəllüdlü Məmmədova Xəyalə Ənvər qızının nəşi bu gün günorta saatlarında ailəsinə verilib.

X.Məmmədovanın ailəsindən bildirilib ki, hadisəni törətmiş yeniyetmənin biznesmen atası Füzuli Fərəcov onlara xeyli köməklik edib və meyitin götürülüb yola salınması ilə bağlı bütün xərcləri, eləcə də dəfn mərasimi ilə bağlı müəyyən məsələlərin həllini üzərinə götürüb.

O da məlum olub ki, X.Məmmədova iki körpə qızı ilə Bakının müxtəlif yerlərində kirayə yaşayıb. Təxminən 6 ay əvvəl isə o, uşaqları ilə birgə Zığda kirayə ev tutaraq ora köçüb. Mayın 6-da X.Məmmədovanın 25 yaşı tamam olacaqmış.

------------

14:56

"Xəyalənin meyiti hələ də dəfn olunmayıb. Ailənin imkanı yoxdur ölüsünü götürməyə. Anası da özünü öldürür ki, balasını öldürənlər onun meyitini yerdə qoymasınlar".

Milli.Az xəbər verir ki, bu sözləri criminal.az saytına açıqlamasında iki gün əvvəl Bakıda biznesmen oğlunun ''Porcshe'' markalı avtomobillə vurub öldürdüyü Xəyalə Məmmədovanın xalası Yeganə xanım deyib.

Xalanın sözlərinə görə, Xəyalə Gürcüstanda yaşayırdı, Bakıya uşaqlarını görməyə gəlibmiş: ''Uşaqları balacadır, bağça yaşlarında olan iki qızı var. Ərindən boşanmasa da, ayrı yaşayırdılar. Uşaqlar isə ataları ilə qalırdı. Özü isə gözəllik salonunda süpürgəçi işləyirdi. Hadisə baş verən gün "Razin"də gözəllik salonundan çıxan zaman maşın vurub. Maşın elə sürətlə hərəkətdə olarkən vurub ki, zərbənin təsirindən Xəyaləni yoldan kənara atıb. Başından aldığı zərbədən yerindəcə keçinib''.

Yeganə xanım hadisə ilə bağlı sürücüdən şikayətçi olmadıqlarını bildirdi: ''Sürücünü polis saxlayıb, amma bizə deyiblər yaşı azdır. Xəyalənin ailəsi şikayətçi olmayıb. Deyirlər ki, ölümüzü götürsünlər, yerdə qalıb. İmkanımız yoxdu dəfn etməyə. Bu gün aparacağıq Gürcüstana. Sərhəd keçməliyik''.

Qeyd edək ki, X.Məmmədovanı Bakının Sabunçu rayonu ərazisində Bakıxanov qəsəbəsindən metronun "Neftçilər" stansiyası istiqamətinə gələn yolda tanınmış iş adamı Füzuli Fərəcovun oğlu Ağaəli Fərəcovun idarə etdiyi "Porsche" markalı 99-BS-999 dövlət nömrə nişanlı avtomobil vuraraq öldürüb.

Son xəbərlər