21
мая
2022
14:53
"Meymun çiçəyi"ndən qorunmaq üçün faydaları bitməyən MÖHTƏŞƏM RESEPT - VİDEO
Son zamanlar "meymun çiçəyi" deyilən virusun xarici ölkələrdə yayıldığı barədə xəbərlər oxuyuruq. Bu xəstəliyin Azərbaycana da gəlmə ehtimalının olduğu bildirilir. Ona görə də biz daim immunitetimizi güclü saxlamalıyıq. Bunun üçün müxtəlif təbii reseptlər var. Məsələn, arı məhsulları və bitkilərdən ibarət, faydaları bitməyən möhtəşəm bir məcunu hazırlaya bilərsiniz.
MAY.AZ xəbər verir ki, həmin resepti həkim-fitoterapevt, apiterapevt, bitkilər üzrə elmi işçi Elnur Eldaroğlu özünün "Facebook" səhifəsində paylaşıb.
Lazım olan ərzaqlar:
Çörəkotu toxumu - 100 qr.
Buğda cücərtisi (3 günlük) - 100 qr.
Ud hindi - 20 qr.
Zəncəfil - 20 qr.
Arı südü - 10 qr.
Biyan balı (yaxud cökə balı) - 700 qr.
Toz halında olan bu bitkiləri balla qarışdırıb qida əlavəsi kimi payız başlayandan yaz bitənədək istifadə etmək immuniteti gücləndirir.
Qeyd: Yan təsirləri olduğu üçn mədəsində qanama olanlar, yaxud babasildən əziyyət çəkənlərə bu məcundan istifadə etmək məsləhət deyil.