Yerkökü salatı
Kulinariya 312

Yerkökü salatı

Salat reseptləri – arasında yerkökü salatı xüsusilə xanımlarımızın axtardığı salatdır. Yer kökü salatı üçün resept.
Ərzaqlar
8 ədəd yerkökü
5 xörək qaşığı zeytun yağı
2 stəkan qatıq
4 diş sarımsaq
Duz

Necə hazırlanır?
1. Yerkökülərin qabığını soyun və sürtkəcin iri dişindən keçirin.
2. Tavada zeytun yağını qızdırın.
3. Yerkökünü yağa əlavə edib, tez-tez qarışdıraraq yerkökülər yumuşalanadək təxminən 10 dəqiqə bişirin. Yerkökülər bir qədər diri qalmalıdırlar.
4. Kənara çəkib, yerköküləri iri qarışdırma qabına qoyub soyudun.
5. Sarımsağı əzin. Bir qabda qatıqla sarımsağı qarışdırın və soyumuş yerköküyə əlavə edin.
6. Zövqə görə duz vurun və yaxşıca qarışdırın.
7. Lazımdırsa, bir az da qatıq qatın – salat quru olmamalıdır.
8. Salatı bir az soyuducuda saxlayın.
9. Süfrəyə verməzdən əvvəl, istəyə görə üzərinə şüyüd səpə bilərsiniz.
Əgər siz də bu reseptdən faydalanaraq “Yerkökü salatı” hazırladınızsa, salatın şəklini və salat haqqında təəsüratlarınızı bizimlə paylaşmağı unutmayın!
Nuş olsun!

Son xəbərlər