İftar menyusu üçün fərqli reseptlər
Kulinariya 283

İftar menyusu üçün fərqli reseptlər

Axşam.az iftar süfrəsi üçün fərqli reseptlər təqdim edir:
Beyti kabab
Ərzaq:
2 ədəd lavaş hazırlayacağınız qədər xəmir
Köftə üçün:
400 qr. qiymə
1 ədəd yumurta
1 diş sarımsaq
1 ədəd soğan
1/2 stəkan bardağı suxarı unu
1/2 çay qaşığı qara istiot, duz zövqə görə
2-3 xörək qaşığı kərə yağı
Sous üçün:
1 stəkan pomidor rəndəsi
1 xörək qaşığı kərə yağı
1 çimdik duz və istiot
Hazırlanması:
Soğan, yumurta və sarımsağı blenderdən keçirin. Bir qaba qiyməni, suxarı ununu, istiot, duz və blenderdən keçirdiyiniz qarışığı töküb yoğurun. Sobaya qoyacağınız qabın içinə yağlı kağız sərin. Uzun köftələr hazırlayaraq tavaya düzün. 190 dərəcə isidilmiş sobada üzəri qızarana qədər bişirin. Xəmiri götürüb lavaşı açın, üstünə yağ sürtün. Bişmiş köftələri üzərinə düzün. Rulet şəklində büküb, doğrayın. Üstünə kərə yağı sürtüb, sobaya qoyun. Kənarda sousu hazırlayın. kərə yağını bir qabda əridin, üzərinə pomidor rəndəsini tökün. Qaynayandan sonra duz və istiot tökün. Qızaran beytiləri sobadan çıxarıb boşqaba qoyub, üzərinə sousu tökün və qatıqla birlikdə süfrəyə verin.
Yayla şorbası
Ərzaqlar:
Düyü - 1 stəkan
Qatıq - 1 fincan
Süd - 1 fincan
Un - 2,5 x/q.
Yumurta - 1 ədəd
Nanə
Ət bulyonu - 5 stəkan
Duz zövqə görə
Hazırlanması:
Düyünü suda bişirin. Tavaya ət suyunu və bişmiş düyünü əlavə edib, vam odda qaynadın. Kənarda qatıq, süd, un və yumurtanı qarışdırın. İçərisinə qaynayan ət suyundan bir az əlavə edib, tavaya yavaş-yavaş tökün. Qatı hala gələnə qədər vam odda saxlayın (qarışdırmağa davam edin). Digər bir tavada yağı əridib, üzərinə nanə tökün. Şorbanı süfrəyə verərkən üzərinə nanəli sousdan əlavə edin.
Sultan bükməsi
Ərzaq:
1 stəkan şəkər tozu
1,5 stəkan un
3 yemək qaşığı kakao
1 litr süd
1 yemək qaşığı kərə yağı
1 paket vanilin
1,5 stəkan hind qozu rəndəsi
2 paket krem şanti (toz halında satılan şantini 1 stəkan süd ilə qarışdırın)
Hazırlanması:
Bir qabda un, şəkər tozu və kakaonu qarışdırın. Üzərinə süd əlavə edib, qarışdıra-qarışdıra vam odda bişirin. Qatılaşan məhlulun üstünə kərə yağını əlavə edin. Üzərinə vanilin töküb qarışdırıb və ocaqdan götürün. Sobaya qoyacağınız qaba hind qozunu səpin. Qatı xəmiri üstünə yayın. 1 gün soyuducuda saxlayın. Üzərinə krem şantini sürtüb kəsib, rulet formasında bükün. Üzərinə istəyə görə qoz, fındıq əzməsi səpin.

Son xəbərlər