Четверг
фев 24

Zelenski: "O, mənim dövlətimi məhv etmək istəyir"


"Rusiya Prezidenti Vladimir Putin Ukraynanı məhv etmək istəyir, ancaq Ukrayna hərbçiləri layiqli cavab verirlər".
Bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski sosial şəbəkə hesabındakı müraciətində deyib.
O qeyd edib ki, Ukraynaya təkcə bombalar deyil, "feyk"lər də hücum edir.
"Rəsmi mənbələrdən həqiqi məlumatları əldə etmək vacibdir. Bu gün Rusiya Ukraynaya hücuma başlayıb. Putin Ukrayna ilə, bütün demokratik dünya ilə müharibəyə başlayıb. O, mənim dövlətimi məhv etmək istəyir. O, bizim dövlətimizi, qurduğumuz və uğrunda yaşadığımız hər şeyi məhv etmək istəyir", - deyə V.Zelenski bildirib.
Bütün ukraynalılara və hərbçilərə müraciət edən V.Zelenski Ukrayna Silahlı Qüvvələrinin gücünü bildiklərini qeyd edib. O, əhalini təşvişə düşməməyə və Silahlı Qüvvələrə dəstək üçün hər şeyi etməyə çağırıb.
"Mən indi xaricdə olan bütün ukraynalılara müraciət edirəm. Bizim dəstəyinizə ehtiyacımız var. Siz güclü bir qüvvəsiniz. Siz vahid qüvvəsiniz və bunu dəfələrlə sübut etmisiniz. İndi sizə həqiqətən ehtiyacımız var", - deyə o vurğulayıb./Oxu.az

Комментарии (0)

Оставить комментарий